Təbrizdə kimya zavodunda 11 nəfər zəhərlənib

4 Yanvar 2022 22:16 (UTC+04:00)

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər neft-kimya zavodunun su hovuzunda 11 nəfər zəhərlənib. Aznews.az xəbər verir ki, hadisə yerli vaxtla saat 16 radələrində baş verib.

Zəhərlənənlərin hamısı qadındır. Onlar xəstəxanaya çatdırılıb və səhhətləri qənaətbəxşdir.