Qazaxıstanda yanvarın 4-dən başlayan etiraz aksiyası davam etməkdədir. Etirazlar səbəbilə hökümətin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalanıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Məsələ ilə bağlı siyasi ekspert Məhəmməd Əsədullazadə AzNews.az analitik-informasiya portalına danışıb.
O bildirib ki, Qazaxıstanda baş verən etiraz aksiyasına sadəcə qazın qiymətinin qalxması bir bəhanə oldu.
““Etiraz aksiyaları əsasən idarə olunur. Mərkəzi Asiyanı əhatə edən , Qərb meyilli hakimiyyətlərin qurulması istiqamətində yeni plan hazırlanıb. Bu regionun Qərb, Çin və Rusiya arasında maraqları toqquşur. Son iki ildə Türkiyə də aktiv siyasət aparır”.
Siyasi ekspert xatırladıb ki, ərkəzi Asiyanın növbəti geopolitik qarşıdurma mərkəzi olacağı gözlənilən idi.
“Talibanın Türkmənistan sərhəddinə hücumu, Qırğızıstan-Tacikistan arasında sərhəddə təxribatlar, Qazaxıstanda baş verənlər göstərir ki, Qərb regionda Çinin və Rusiyanın fəaliyyətinin inkişafının qarşısını alır. Qazaxıstanda baş verənlər Mərkəzi Asiyanın siyasi nizamının dəyişmək planın hissəsidir.
Qazaxıstanda bir neçə dəfə radikal qruplar silahlı muqavimət göstərib, lokal etirazlar olub. Amma qarşısı alınıb.
Qazaxıstanda hakimiyyət dəyişərsə, Rusiya bu ölkənin şimalında ruslar yaşayan əraziyə ordu yeridə bilər”,- deyə o qeyd edib.
Şəbnəm Zahir