"Brent" neftinin qiyməti 81 dolları keçib

5 Yanvar 2022 18:53 (UTC+04:00)

Dünya bazarında “Brent” markalı neftin mart fyüçersləri 1,31% bahalaşaraq 81,05 ABŞ dollarından, WTI markalı neftin fevral fyüçersləri isə 0,99% bahalaşaraq 77,75 dollardan satılıb.

Aznews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sonuncu dəfə "Brent" nefti bu qiymətə (81 dollardan baha) ötən il noyabrın 26-da satılıb.