Müdafiə naziri polkovniklərlə görüşdü

27 İyun 2013 10:22 (UTC+04:00)
İyunun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı sabiq hərbi attaşesi polkovnik Daniel Qrillonu və həmin ölkənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kristofer Monahanı qəbul edib.

Nazirliyin Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumata görə, görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri ilə əlaqədar fikir mübadiləsi aparıb. Müdafiə naziri hər iki qonağa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AzNews.az