Partiya sədri barədə ilginc məlumatlar yayıldı

27 İyun 2013 10:28 (UTC+04:00)


Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) ətrafında yaranan qalmaqal daha da böyüyür. Özünü partiyanın sədri elan edən Sevda Xurşudovanın partiya sədri Fatma Əliyeva barəsində səsləndirdiyi fikirlərə qarşı tərəfdən cavab gecikməyib.

S. Xurşudovanın Virtualaz.org-a müsahibəsində səsləndirdiyi "Fatma Əliyeva gəlib mənə dedi ki, mən deputat Rəbiyyət Aslanovanın bacısıyam. Mənim də Rəbiyyət xanıma böyük simpatiyam və hörmətim var.

Mən Fatmaya görə yox, Rəbiyyət Aslanovaya görə onun sədr seçilməsinə razılıq verdim" sözlərinə cavab olaraq DDAP-ın yaydığı açıqlamada bildirilir ki, F. Əliyevanın millət vəkili Rəbiyyət Aslanova ilə heç bir qohumluq əlaqəsi yoxdur: "Fatma Əliyeva ilə Rəbiyyət Aslanova arasında heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə Sevda Xurşudovaya heç kəs heç nə deməyib.

Bu böhtançı qadın millət vəkili Rəbiyyət Aslanovanın adını gündəmə gətirməklə ona sığınmaq istəyir. İnsanlar arasında çaşqınlıq yaratmağa maraqlı olan, bir günün içində soyadını dəyişərək Sevda Xurşudovaya çevrilən təxribatçının qarşısı çevik addımlarla alınmalıdır".

Qeyd edək ki, DDAP Gürcüstan vətəndaşı Sevda Qələndərovanın miqrasiya qanunlarını ciddi şəkildə pozduğuna görə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə aparıldığı, bu ilin yanvarında 3 il müddətinə Gürcüstana deportasiya edildiyi, bir ay sonra isə soyadını dəyişərək Sevda Haqverdiyeva adı ilə Bakıya döndüyünü bildirir.

Elnarə
AzNews.az