Direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılır

6 Yanvar 2022 17:02 (UTC+04:00)

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.