Rusiya və ABŞ müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə edib

6 Yanvar 2022 18:58 (UTC+04:00)

Aznews.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“2022-ci il yanvarın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəfləri maraqlandıran təhlükəsizlik məsələləri müzakirə olunub”, - Rusiya MN-in məlumatında bildirilib.