Baldızını bıçaqlayan şəxs qətlə yetirildi

27 İyun 2013 10:39 (UTC+04:00)
Ağcabədi rayonunda qətl törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı İslam Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində baldızı, 33 yaşlı Əfruz Əmiraslanovanı bıçaqlayıb. Hadisəyə müdaxilə edən Əfruzun qohumu 42 yaşlı Qabil Heydərov isə taxta parçası ilə İslamı vurub. İslam Əliyev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Qabil Heydərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az