"Timsah Gena” cizgi filminin mahnısının müəllifi vəfat edib

7 Yanvar 2022 16:28 (UTC+04:00)

Bunu kinoşünas Sergey Kapkov feysbuk səhifəsində yazıb.

O, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aleksandr Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. “Timsah Gena” cizgi filminin mahnıları ona şöhrət qazandırıb.

A.Timofeyevski 1963-1983-cü illərdə “Soyuzmultfilm” kionstudiyasında redaktor işləyib. Uşaqlar üçün çoxsaylı hekayələrin və kitabların müəllifidir. (report)