Sağlam qalmaq üçün 20 super məsləhət - Ayda bir gün...

7 Yanvar 2022 18:56 (UTC+04:00)
Rusiyada müdrikliyi, loğmanlığı və sağlam uzun ömür sürməsi ilə məşhur olan 104 yaşlı Andrey Voroninin uzun və sağlam həyat üçün qiymətli məsləhətlərindən ibarət kitabı çap olunub. Bu müdrik qocanın sözləri yüz ilin sınağından keçib.

Onun kitabından ən yaxşı 20 məsləhəti seçib, diqqətinizə çatdırırıq. Onlardan heç olmasa onuna əməl etsəniz, həyatınız dəyişəcək.

1.Bu vərdişə adət et: həftədə heç olmasa 1-2 dəfə torpaq üzərində 5-10 dəqiqə ayaqyalın dayan, gəz. Torpağa enerjini ver, onun səni çağıracağı və qoynuna alacağı günü gözləmə. Nə qədər yaşayırsan, onunla ünsiyyət qur. Elə ki, başını itirmisən, yorğunsan, əsəbisən, ayaqqabılarını, corablarını çıxar, hardasa bir quru torpaq varsa, get orada dayan.

2. Axar su, göl, dəniz, çay, şəlalə, fontan – fərqi yoxdur, harda su gördün, yaxınlaş, dayan və dinlə. Su artıq informasiyanı yuyur.

3. Xəstələndin, əsəbisən, halsızsan, acsan- təmiz su iç. Yaşadığın yerdə ən təmiz su hardadırsa, onu tap, al. Quyu varsa, ordan çək.

4. Hər dəfə ovcuna sığacaq qədər yemək ye. Artıq olmaz. Tez-tez ye, amma az-az ye.

5. Ayda bir gün aclıq günü elan et. O gün yalnız su iç

6. Çox isti evdə, otaqda oturma. Çox isti yataqda yatma. Özünü sərin havaya alışdır. Əl-ayaqların isti, başın sərin olsun. Bədən, dəri istidən quruyub qocalır.

7. Qoz ye. O insan beyninə oxşayır, ondan beynin güc alır.

8. Ruhun, ürəyin narahatdırsa, qəmlisənsə, gəzməyə get. Çöllükdə, meşədə, təbiətdə, su kənarında gəz, gəz. Su sənin kədərini aparacaq.

9. Mən heç vaxt kurortda dincəlməmişəm, bazar günü də yatmamışam. Əsk istirahət məşğuliyyətini dəyişməkdir. Sinirlər əllər işləyəndə dincəlir. Yazmaqdan, oxumaqdan yoruldun, torpaq bellə, odun qır, nəsə düzəlt.

10. Yemək yeyəndə su içmə.

11. Övladını kiçik yaşlarından həkimlərə, dərmanlara təslim etmək istəmirsənsə, onu təbiətə burax. Ayaqyalın torpaqda gəzsin, yağışda islansın.

12. Meyvə - tərəvəzi bıçaqla kəsmə, onda enerjisini itirir. Yaxşısı budur, bütöv ye, bütöv bişir. Soğanı, sarımsağı əz ye.

13. Əgər zəiflik, yorğunluq hiss edirsənsə, dincəl. Yeməkdən də dincəl. Hər şeydən dincəl və uzan yat.

14. Cavan, güclü qalmaq üçün bu resepti həftədə bir dəfə et. Səhər 8 ədəd qoz, 8 alma hazırla. Hər 2 saatdan bir alma, bir qoz ye. Başqa heç nə yemə. Axşama kimi onları bitir.

15. Həyatdan küsəndə, hər şey əlindən çıxanda, işləmək istəməyəndə, kök yeməyə başla. Hər gün kök ye.

16. Qrip, virusa tutulmamaq üçün sərin su ilə çim. Hər gün sarımsaq, soğan ye. Ayaqyalın gəz. Xəstələnəndə doyunca yat.

17. Gündə 1 dəfə 30 dəqiqə sükut saatı elan et. Heç kimə cavab vermə, heç kimlə danışma.

18. İnsanlara əsəbiləşmə, ittiham etmə, qınama. Ürəyini sevgi ilə doldur. Heç kimə əmr etmə, dəyişməyə cəhd etmə. Özünü ağıllı zənn etmə.

19. Yuxu dərmandır. Günəş insan üçün doğur. İnsan günəşlə oyanıb, işini gün doğanda başlayıb, gün batanda bitirməli və istirahətə çəkilməlidir. Axşam saat 10-dan sonra etdiyin hər şey ziyanınadır. O saatda sən artıq yatmalısan.

20. Çalış bişmiş yemək az ye. Gündə bir dəfə bişmiş, 3 dəfə çiy qidalar qəbul et. Hər yeməkdən sonra şükür et.