Çavuşoğlu NATO XİN başçılarının fövqəladə iclasına qatılıb

7 Yanvar 2022 20:14 (UTC+04:00)

NATO xarici işlər nazirlərinin virtual formada fövqəladə iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

“NATO-Rusiya Şurası öncəsi virtual formada NATO xarici işlər nazirlərinin fövqəladə iclasını keçirtdik”, - nazir qeyd edib.