Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər

8 Yanvar 2022 23:59 (UTC+04:00)

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

Aznews.az xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelində Yerə yaxınlaşacaq, çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Asteroidin diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxındır.

Hazırda Yerlə toqquşma ehtimalı 0,02% təşkil edir. Asteroidə "UL17" adı verilib.