Rusiya Ukrayna və Gürcüstanla bağlı dəmir zəmanət istəyir

10 Yanvar 2022 22:20 (UTC+04:00)

Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacaqları ilə bağlı Rusiyaya dəmir zəmanət lazımdır.

Aznews.az xəbər verir ki, bunu Cenevrədə Rusiya-ABŞ dialoqunda Moskvanı təmsil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz vurğulayırıq ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq bizim üçün mütləq vacibdir. Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq. Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır , "heç vaxt NATO üzvü olmamalıdır" sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir ", deyə Ryabkov vurğulayıb.