Rusiyada sərnişin avtobusu minik maşını ilə toqquşub

12 Yanvar 2022 09:34 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk diyarının cənubunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Avtobusda 15 nəfər olub, onlardan 3-nə tibbi yardım göstərilib.

Hadisənin təfərrüatları və səbəbləri araşdırılır. (APA)