Avropa İttifaqı Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

12 Yanvar 2022 11:49 (UTC+04:00)

Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - o qeyd edib.