“Bizimlə Rusiya arasında ciddi fikir ayrılıqları var"

13 Yanvar 2022 16:35 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-NATO münasibətlərindən danışıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-NATO Şurası iclası çərçivəsində mətbuata açıqlama verərək Hərbi Alyans ilə Rusiya arasında ciddi fikir ayrılıqlarının olduğunu və bu fikir ayrılıqlarının aradan qaldırılmasının asan olmayacağını bildirib.

Stoltenberq həmçinin qeyd edib ki, Rusiya və NATO Avropada raketlərə qarşı qarşılıqlı və nəzarət edilə bilən məhdudiyyətləri razılaşdırmaq üçün bir sıra görüşlər keçirmək niyyətindədirlər.

Şəbnəm Zahir