Rusiya XİN Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb

13 Yanvar 2022 17:53 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.

Bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, - sözçü bildirib. (report)