Yolu azaraq Azərbaycan ərazisinə keçən erməni geri qaytarılıb

13 Yanvar 2022 20:31 (UTC+04:00)

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Bu barədə AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.