Kütləvi immunitet yarandıqdan sonra pandemiyanın bitəcəyi fikri ilə razı deyiləm. Ölkələr qabaqlayıcı tədbirlərini artırır, sərhədlərini bağlayanlar var, ölkəyə girişləri çox yaxşı nəzarət etməyə çalışırlar. Bir qismi 2 PCR testi istəməyə başlayıb. Bir PCR testi ilə ancaq 50 faiz diaqnoz qoya bilərsiniz. Üstəlik, Omikrona yoluxan 100 insan arasında test etsəniz, 100 insandan 50-sini müəyyən edə bilirsiniz”.
Daha sonra professor əlavə edib ki, yeniyetməlik dövründə olan uşaqlar xəstəliyi ən çox yoluxduran qrupdur. Bu, onların hərəkətli həyat tərzi ilə izah olunur.
“Hazırda Omikrondan ən çox 0-5 yaş qrupu təsirlənib. Əvvəl alışmadığımız bir yaş qrupudur. Bu yaş qrupunun yoluxmadığını düşündüyümüz üçün bağçalar açıldı, bütün dünya belə etdi. Hazırda bağçaya gedən uşaqların sağlamlığını qorumaq üçün tədbirlər görülməlidir. Heç bir dəyişiklik etməsək, idarəetməni virusun öhdəsinə buraxırıq”, - infeksionist qeyd edib. /publika.az/