İpoteka ilə ev almaq istəyənlərin nəzərinə: Limitlər ayrıldı

14 Yanvar 2022 19:14 (UTC+04:00)

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Aznews.az xəbər verir ki, bu barədə İKZF-dən məlumat verilib.

Bildirilib ki, limitlərin aktivləşdirilməsi 17 yanvar 2022-ci il tarixində saat 11:00-da başlayacaq.