Zelenski azərbaycanlıları təltif edib

14 Yanvar 2022 21:59 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

Aznews.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin mətbuat xidmətinin məlumatına görə, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.