Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir

14 Yanvar 2022 22:51 (UTC+04:00)

Qarabağda separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan özünü xilas etməyə çalışır.

Aznews.az Publika.az-a istinadən xəbər verir ki, erməni mənbələri son dövrlər İrəvanın separatçılara siyasi dəstəyini azaltdığını və Xankəndidəki separatçı-terrorçuların taleyinin qaranlıq olduğunu yazır.

Məlumatlara görə, Paşinyanla Araik Arutyunyanın münasibətləri də pisləşib.

Separatçı “media” isə Araik Arutyunyanın Azərbaycanla əlaqələr yaratmağa çalışdığını, bu yolla özünü xilas etməyi planlaşdırdığını iddia edir.