Bakıda naməlum kişi meyiti tapılıb

15 Yanvar 2022 11:57 (UTC+04:00)

Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat verə bilərlər.