Saatlıda ev yanıb

15 Yanvar 2022 13:57 (UTC+04:00)

Saatlı rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Fətəlikənd kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın söndürülüb.