Dövlət Dəniz və Liman Agentliyinə yeni təyinat olub

15 Yanvar 2022 14:41 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Etibar Bağırov təyin edilib.

Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.

Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərının sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir.