Türkiyə “Hello, Turkiye” kampaniyası başladıb

15 Yanvar 2022 16:11 (UTC+04:00)

Türkiyə hökuməti dövlətin adının beynəlxalq ailəmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ölkəmizin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazaq və tələffüz edək”, - nazirlikdən bildirilib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə “Hello Türkiye” adlı kampaniyaya başlayıblar. (report)