Gəncədə Cavad xanın anım mərasimi keçirilib - FOTO

15 Yanvar 2022 19:45 (UTC+04:00)

Gəncənin sonuncu xanı olan Cavad xanın anım mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, anım mərasimində Cavad xanın qəbirüstü türbəsi ziyarət olunub. Azərbaycanın və Gəncənin tarixində Cavad xanın xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və Nüşabə xanım Məmmədlinin qələmə aldığı "Cavad xan" tarixi dramı nümayişi olunub.