“Omikron”un yeni mutasiyası ortaya çıxıb

17 Yanvar 2022 20:26 (UTC+04:00)

İsveçin Uppsala Universiteti Xəstəxanasında koronavirusun “Omikron” variantının yeni mutasiyası aşkarlanıb.

“Report" yerli KİV-ə istinadən xəbər verir ki, yeni alt variant cümə günü üç nəfər xəstədə müəyyənləşdirilib və BA.2. adı verilib.

Hələlik bu mutasiya haqqında məlumat azdır, onun nə qədər təhlükəli və yaxud yoluxucu olması bəlli deyil.

Yeni mutasiyanın Hindistanın Kəlküttə şəhərində xeyli yayıldığı, habelə Danimarka və Norveçdə aşkarlandığı bildirilir.

Aznews.az