Böyük Britaniya Ukraynaya tank əleyhinə silahlar göndərir

18 Yanvar 2022 12:08 (UTC+04:00)

Böyük Britaniya Rusiya işğalına qarşı Ukraynaya tank əleyhinə silahlar verəcək.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

O parlamentdəki çıxışı zamanı bildirib ki, artıq yüngül tank əleyhinə müdafiə silahlarının ilk hissəsi təslim edilib. Az sayda ingilislərdən ibarət heyətin orada təlim keçəcəyini də əlavə edib.

"Bu silahlar Rusiya üçün hər hansı təhdid təşkil etmirlər. Bu silahlar qısamənzillidir, amma yenə də insanları dayandırıb nə etdikləri ilə bağlı düşündürər. Tanklar Ukraynaya girib onu işğal etsə, bu silahlar müdafiə mexanizminin bir parçası olar", - deyə nazir qeyd edib.

Ukraynanın müdafiə naziri Oleksi Reznikov isə öz növbəsində bu qərarı təqdir etdiklərini deyib.

Pərvanə