Ordu Ərdoğanın nəzarətinə keçir
27 İyun 2013 14:29 (UTC+04:00)
Ərdoğan hökuməti Türkiyə Silahlı Qüvvələri (TSK) daxili xidmət məcəlləsinin 35-ci maddəsinin dəyişdirilməsi üçün qanun layihəsi hazırlayıb.
Buna ölkədəki hərbi dövlət çevrilişlərinin həmin maddəyə istinad edilməsi barədə iddialar səbəb olub. Layihənin bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) səsverməyə çıxarılacağı gözlənilir.
TSK daxili xidmət məcəlləsinin 35-ci maddəsində "Silahlı Qüvvələrin vəzifəsi Türk yurdunu və konstitusiya ilə tənzimlənən Türkiyə Cümhuriyyətini mühafizə və müdafiə etməkdir" sözləri yazılıb. Bu maddəni əvəzləyəcək maddə isə belə olacaq: "Silahlı Qüvvələrin vəzifəsi xaricdən gələcək təhdid və təhlükələrə qarşı daşındırıcılığı təmin edəcək şəkildə hərbi qüvvələrin mühafizəsini və qüvvətlənməsini təmin etmək, TBMM-nin qərarı ilə ölkə xaricində verilən vəzifələri icra etmək və beynəlxalq sülhün təmininə dəstək verməkdir".
Məsələ ilə bağlı mətbuata açıqlama verən baş nazirin müavini Bəkir Bozdağ 35-ci maddənin ləğv olunmayacağını, sadəcə dəyişdiriləcəyini deyib.
AzNews.az