"Ötən il 268 kriminal qrup zərərsizləşdirilib" - Vilayət Eyvazov

18 Yanvar 2022 18:26 (UTC+04:00)

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov videokonfrans formatında keçirilmiş Kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.