Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib

18 Yanvar 2022 18:59 (UTC+04:00)

Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Rzayev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.