Uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyüldü

19 Yanvar 2022 09:13 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb. G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyin döyüb.

Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.