Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

19 Yanvar 2022 14:52 (UTC+04:00)

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib. (report)