ATƏT-in Baş katibi Ceyhun Bayramovla görüşüb

19 Yanvar 2022 22:40 (UTC+04:00)

ATƏT Baş katibi Helqa Şmid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Baş katib "Twitter" hesabında bildirib.

ATƏT Baş Katibi H.Şmid Ceyhun Bayramovu Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.

"Regionda siyasi-hərbi təhlükəsizliyin təbliği istiqamətində substantiv danışıqları səbirsizliklə gözləyirik", - deyə o, bildirib.