İşdən çıxarılan icra başçısının əmlakları

20 Yanvar 2022 14:07 (UTC+04:00)


İşdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısı əldə edilib:

Varovski qəsəbəsində "Vimay - Med" klinikası, "Af - Gen" klinikası;

Binəqədi rayonu, "Varovski"də 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;

Binəqədi rayonu, 9-cu mikrorayonda "Zeytunluq"da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, "Zeytunluq" adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib.

Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;

Görədil və Masazır qəsəbələrində villası;

Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;

Bakı şəhərində apteklər şəbəkəsi;

Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;

İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib. (unikal.org)