Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2022 19:22 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 32-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət edib.

Aznews.az xəbər verir ki, bu barədə səfirliyin “Tvitter” səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, səfir Cahit Bağçı və səfirliyin əməkdaşları qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabınını ziyarət ediblər.