"Azərbaycan 20 Yanvar hadisələrindən milli kimliyini qoruyaraq qürurla çıxdı" - İlbər Ortaylı

20 Yanvar 2022 19:47 (UTC+04:00)

"Azərbaycan xalqı imperializmə qarşı 20 Yanvar hadisələrindən milli kimliyini qoruyaraq, səbrlə və böyük iradə nümayiş etdirərək qürurla çıxdı".

Aznews.az xəbər verir ki, bu fikirləri türkiyəli tarixçi alim, professor İlbər Ortaylı deyib.

İ.Ortaylı qeyd edib ki, həmin hadisələrə Azərbaycan xalqının çevik reaksiyası, milli şüur səviyyəsinin yüksək olmasını da sübuta yetirib:

"Artıq illər keçib və bu gün Türkiyə də Azərbaycana qarşı kənar müdaxilələrə öz mövqeyini lazımi formada göstərə bilir. Düşünürəm ki, önümüzdəki dövrdə bu əməkdaşlığı daha da genişlədəcəyik. Bu, həm də tarixi əhəmiyyət daşıyan əməli addım sayılacaq"