Nərimanov rayonunun bir hissəsində su kəsilib

21 Yanvar 2022 17:55 (UTC+04:00)

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.