Qarabağa gedənlərin bileti belə olacaq - FOTO

22 Yanvar 2022 11:17 (UTC+04:00)

Yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.
AzNews.az Bakupost.az-a istinadən xəbər verir ki, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.
Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək.
İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.
Biletləri yolumuzqarabaga.az saytından əldə edə bilərsiniz.
Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.
Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.
Müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.