Blinken kanadalı həmkarı ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib

22 Yanvar 2022 19:52 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Kanadanın xarici işlər naziri Melani Coli arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

“Ukrayna üçün potensial təhlükə ilə bağlı ümumi narahatlığımızı, həmçinin Rusiyanı diplomatiya və deeskalasiyaya doğru sövq etmək səyləri müzakirə etdik”, - deyə məlumatda bildirilir.