Xəzər rayonunda beş evdən oğurluq edən paytaxt sakini yaxalanıb

22 Yanvar 2022 20:58 (UTC+04:00)

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda beş evdən təmir-tikinti alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aznews.az-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.