Bu maskaların istifadəsi qadağan edildi

23 Yanvar 2022 11:32 (UTC+04:00)

Kanadada qrafen (karbonun pətək formasında birləşərək əmələ gətirdiyi təbəqə) yaradan maskaların istifadəsi qadağan edilib.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Kanada Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu maskalar sağlamlığı təhlükə altına atdığından onların istehsalı və ixracatı tamamilə dayandırılıb.

Maskalar üzərində aparılan ilkin araşdırmalar zamanı, qrafen hissəciklərinin ağciyərlərdə toksiki təsir yaratdığı aşkar edilib. Nanotexnologiya vasitəsilə istehsal edilən bu maskalar daha çox Kanada və Hindistanda istifadə edilir.