Türkiyənin məşhur aktrisası vəfat edib

24 Yanvar 2022 10:41 (UTC+04:00)

Türkiyənin görkəmli aktrisası Fatma Girik 79 yaşında vəfat edib.

Bu barədə İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Kəskin tviterdə yazıb.

"Yeşilçam"ın və Şişlimizin böyük dəyəri, rayon sədri olduğum dövrdə birlikdə işləməkdən qürur duyduğum keçmiş Şişli Bələdiyyə sədrimiz sevgili Fatma Giriyin itkisinin dərin kədəri içərisindəyəm", - deyə M. Kəskin qeyd edib.

Qeyd edək ki, aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Pərvanə