"Ermənistanın bəzi açıqlamalarına tələsik reaksiya vermirik”

24 Yanvar 2022 12:21 (UTC+04:00)

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

"İndi isə "icma" anlayışı yoxdur. Bizim üçün "Azərbaycanın erməni vətəndaşları" anlayışı var. Biz Ermənistan XİN-in açıqlamalarının böyük hissəsinə cavab veririk. Bəzilərinə isə tələsik reaksiya verməməyə çalışırıq. Çünki biz artıq qalib dövlətik", - o bildirib.