Şuşa şəhəri minalardan tam təmizlənib

24 Yanvar 2022 13:58 (UTC+04:00)

"Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar".

Bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.

"Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı hardasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşaiyət edən polis əməkdaşlarına dərhal bildirin", - deyə o, qeyd edib. (report)