NATO Şərqi Avropaya əlavə qoşun göndərir

24 Yanvar 2022 14:17 (UTC+04:00)

“NATO Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Şərqi Avropada mövcudluğunu gücləndirəcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.

Bildirilib ki, NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir: “Bununla da Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artıması fonunda müdafiəni gücləndiririk”.