AŞPA-nın yeni prezidenti bu şəxs oldu

24 Yanvar 2022 16:51 (UTC+04:00)

Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.

O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.

Qeyd edək ki, ukraynalı deputat Maria Mezentseva da bu vəzifəyə namizəd idi. Lakin o, yalnız 80 səs toplaya bilib.

AŞPA prezidentliyinə növbəti seçkilər 2023-ci ilin yanvarında baş tutacaq. (report)