Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib

24 Yanvar 2022 17:59 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımov təqaüdə göndərilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.