Daha bir məşhur türk aktyor vəfat etdi

24 Yanvar 2022 18:29 (UTC+04:00)

Tanınmış türkiyəli aktyor Ayberk Pekcan 51 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə Mersin Sənayeçilər və İş Adamları Dərnəyinin idarə heyətinin üzvü Səid Dərvişoğlu tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Ayberk Pekcan "İhlamurlar altında", "Yaprak Dökümü", "Kurtlar Vadisi", "Keşanlı Ali Destanı" adlı seriallarda rol alıb.

Pərvanə